...

Rusiyanın təhsil və elm naziri: "Təhsil sahəsində Azərbaycanla əməkdaşlıq lazımı səviyyədədir"

Siyasət Materials 3 Sentyabr 2007 15:27 (UTC +04:00)
Rusiyanın təhsil və elm naziri: "Təhsil sahəsində Azərbaycanla əməkdaşlıq lazımı səviyyədədir"

Rusiya, Moskva / Trend , müxbir R.Ağayev / Azərbaycan ilə Rusiya arasında təhsil sahəsində ikitrəfli əməkdaşlıq lazımı səviyyədədir və çox gözəl perspektivə malikdir. Bu barədə bazar ertəsi Azərbaycan dilində də tədris aparan 157 saylı Moskva şəhər ümumtəhsil məktəbini ziyarət edən Trend in xüsusi müxbirinin sualını cavablandıran Rusiyanın təhsil və elm naziri Andrey Fursenko məlumat verib.

Nazir bildirib ki, Azərbaycanda rus dilinin tədrisinə çox böyük diqqət var və bu çox vacibdir.

"Bizdə birgə proqramların razılaşdırılması ilə bağlı kifayət qədər işlər var. Mənim Azərbaycana son səfərimdə Azərbaycan prezidenti bizimlə görüş zamanı bildirdi ki, onun üçün bu ciddi prioritet təşkil edir. Və bu gün Azərbaycanda Rusiyanın aparıcı ali təhsil ocaqlarının açılması onu göstərir ki, bu filiallarda tədrisin keyfiyyətinə nəzarət birgə aparılacaq. Bütün bunlar onu göstərir ki, bizim təhsillə bağlı bütün məsələlərdə mövqeyimiz birdir" - deyə Fursenko bildirib.

Rusiya prezidentinin köməkçisi Aleksandr Beqlov da öz növbəsində doğma Bakı ilə bağlı təəssüratlarını bölüşüb və 157 saylı məktəbin müəllimlərinin əməyini yüksək qiymətləndirib. "Bakı həmişə beynəlmiləl şəhər olub və indi də bu imicini saxlamaqdadır. Orada müxtəlif milliyyətli insanlar dostluq edib və indi də etməkdədir. Baxmayaraq ki, Bakı indi müstəqil Azərbaycanın paytaxtıdır, biz yenə də doğma şəhərimizi sevirik, hansı ki, bu günə kimi beynəlxalq dostluq və əməkdaşlıq ənənələri üçün gözəl nümunədir" - deyə Beqlov söyləyib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bildirib ki, Azərbaycanda Beslan faciəsini dərin hüzünlə xatırlayırlar. Çünki terrorçunun milliyyəti və dini mənsubiyyəti yoxdur. Azərbaycanda 2004-cü ilin sentyabrında Beslanda həlak olanlar yad edilir.

Bülbüloğlu tədrisin həmçinin Azərbaycan dilində aparıldığı məktəbə baş çəkməklə yeni tədris ilinin məhz bu məktədbə açılışında iştirakı üçün Rusiyanın təhsil və elm nazirinə təşəkkürünü bildirib. Azərbaycanın Rusiyadakı səfiri, həmçinin bu məktəbə himayəni Heydər Əliyev adına Fondun Rusiyadakı nümayəndəliyinin öz üzərinə götürməsi faktını yüksək qiymətləndirib. Fond bu tədris ocağını kompüterlərlə, tədris materialları və avadanlıqla təmin edib.

Xəbər lenti

Xəbər lenti