...

Nazir müavini: " Böyük Britaniyada oğurluqda ittiham olunan Azərbaycan diplomatı planlı şəkildə geri çağırılıb"(video)

Siyasət Materials 5 Sentyabr 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Çərşənbə günü Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqovun verdiyi məlumata görə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin supermarketdə oğurluq etməkdə ittiham olunan əməkdaşı hələ 2006-cı ildə planlı şəkildə XİN tərəfindən geri çağırılıb.

Britaniyanın "Independent"", "The Gulf Time" və digər qəzetləri Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən hər il çap olunan "rüsvayçı siyahı"ya mağazada oğurluq etməkdə ittiham olunan azərbaycanlı diplomatın da adını daxil edib.

"Qəzet məqaləsi ittiham demək deyil, ittiham yalnız prokuror tərəfindən irəli sürülə bilər və yalnız məhkəmə araşdırmasından sonra bu əməlin cinayət olub-olmaması barədə yekun qərar verilə bilər. Bu halda isə heç bir şey baş vermədiyindən , bu insidentlə bağlı itiihamın hüquqi əsası yoxdur" - deyə nazir müavini bildirib.

Diplomatın sözlərinə görə, Azərbaycanın Böyük Briraniyadakı səfirliyi məqalənin işıq üzü görməsindən sonra məsələni araşdırıb və onu Azərbaycan XİN-i ilə razılaşdırıb.

Azərbaycanın Böyük Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov bəyan edib ki, səfirliyin adı məqalədə çəkilən əməkdaşı 2006-cı ildə planlı şəkildə Böyük Britaniyadan geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti