...

Rafael Dadaşov: "Mən istəyirəm ki, baş daşımın üstündə bu sözlər yazılsın: "Azərbaycanın xalq artisti"

Cəmiyyət Materials 14 Sentyabr 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr / "TrendLife" , müxbir Vüqar Vüqarlı/

- Rafael müəllim, sizin atanız Məlik Dadaşovu aktyorluq sənətinin etalonu hesab etmək olar. Bəs siz necə, nə vaxtsa arzulamısınız ki, atanızdan yaxşı çıxış edəsiniz?

-Başqa məhşur insanların övladalrını deyə bilməçrm, lakin mən heç vaxt bunu arzulamamışam. Məni onunla müqayisə etsələr, yalnız şad olaram.

- Sizi onunla tez-tez müqayisə edirlər?

-Demək olar ki, çox vaxt. Lakin biz cəmi iki dəfə eyni rolu oynamışıq: "Ölülər" pyesində Şeyx Nəsrullah, "Nişanlı qız" komediyasında Camal rolu.

- Qızınız Səidəni əminiz qızı, müğənni Brilliant Dadaşova ilə müqayisə etmək...

- Onun reklamı çox zəifdir. Siz özünüz yaxşı bilirsiniz ki, hazırda gənc qız və qadın nə etməlidir ki, onu bütün kanallarda göstərsinlər. Ona görə də Səidə hələ o qədər də tanınmış deyil.

-Buna baxmayaraq, Səidə hələ orta səviyyədə də deyil.

-Bunu çox gözəl bilirəm. Mən ona həmişə deyirəm ki, orta səviyyədə olmamalısan, yüksək səviyyədə olmalısan. Səidənin gözəl səsi var. İnanıram ki, onda alınacaq. Sadəcə, bir az səsi üzərində işləməlidir. Əsas odur ki, istedadlı qızdır.

-Bəs o biri övladalrınız necə , oxumaq və yaxud sizin sənətinizi davam etmirmək istəmirlər?

-Nə qızım Leyli, nə də böyük oğlum Emin aktyor olmaq arzusunda olmayıblar. Onlar başqa sahədə çalışırlar.

- Ananız gözəl aktrisa olub. Ümumiyyətlə, çox vaxt soyadınıza görə bəzi insanları sizə qohum edirlər.

-Ondan başlayaq ki, anamıni soyadı Dadaşova olmayıb. O, Azərbaycanın xalq artisti Sofiya Hüseynovadır. O ki qaldı soyadıma, vaxt vardı deyirdilər, müğənni Aynur Dadaşova mənim qızımdır. "Maşın-şou"-da iştirak edəndən sonra isə, belə söhbət yayıldı ki, Murad Dadaşov qohumumdur. Əlbəttə, bunlar hamısı yalandır.

-Həmkarlarınız sizə qibtə ediblər? Razılaşın ki, qibtə etməyə səbəblər var - tannımış valideynləriniz, xarici gözəlliyiniz və yüksək səviyyəli bacarığınız.

-(Dərindən ah çəkir) Paxıllıq iki cürdür. Ağ və qara. Ağ paxıllıq olanda heç danışmaq lazım deyil. Paxıllıq etməyin əsas səbəbi nəfsdir. Elə vaxt olur ki, hətta rolu almaq istəyirlər. Bunun açıqlaması isə çox sadədir. Nəyə görə onda hər şey var, mən yoxdur?!.

-Rafael müəllim, xahiş edirəm bir suala səmimi cavab verəsiniz. Sizin kimi tannımış insana "xalq artisti" adı nəyə görə lazım idi?

-Əvvla onu deyim ki, bu adı mənə vermələri üçün heç kimə yalvarmamışam. Mənə o adı veriblər. İkincisi isə, bir söz desəm, bəlkə də inanmazsınız. İstərdim ki, mənim baş daşımda bu sözlər yazılsın: "Azərbaycanın xalq artisti Rafael Dadaşov"

Xəbər lenti

Xəbər lenti