...

Qax meşələrində qiymətli agac növlərinin tükənmək təhlükəsi var

Cəmiyyət Materials 16 Sentyabr 2007 03:06 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E. Quliyev/ Qax meşələrində qiymətli agac növlərinin tükənmək təhlükəsi var.

Faktı təstiqləyən Qax rayon Meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Azad Şəfiyev bunun səbəbini rayonun böyük əksəriyyətinde təbii qazın olmaması ile əlaqələndirdi.Son günlər ağacların kəsilməsi hallarının artmasını isə qarşıdan gələn qış mövsümü ilə izah edən Şəfiyev bunun qarşısının almaq üçün inzibati tədbirlərin sərtləşdirilməsinin lazim oldugunu bildirdi.Müəssisə direktoru cari ilin əvvəlinden bu günə qədər meşələrdə qanunsuz nadir ağac növləri kəsən 71 nəfər barədə akt tərtib olunduğunu, nəticədə bu şəxslərə 4000 manata qədər cərimə kəsildiyini dedi.

Müəssisə rəsmisinin  sözlərinə görə 31000 hektar ərazini əhatə eden Qax meşələrinin əvvəlki zənginliyini qaytarmaq məqsədilə bu il 50 hektar yeni meşə zolağı, 2 hektar sahədə yeni tinklik,300 hektara yaxın təbii bərpa yaxşı gedən sahələrə kömək tədbirləri aparılır.

Qax Azərbaycanın şimal-qərbində,paytaxt Bakıdan 410 km məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti