...

Gülyanaq Məmmədova: "Xalq bizi dolandırır!"

Cəmiyyət Materials 25 Sentyabr 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /müx. " TrendLife" Əli Dərviş/

Hazırda Ramazan ayıdır. Yəqin ki, bəzi müğənnilər ayın bitməsini gözləyirlər ki, yenidən "toy mövsümü" başlasın. Əməkdar artist Gülyanaq Məmmədova TrendLife-a bu məsələ ilə bağlı bunları dedi: "Biz xalqımızı sevirik, xalqımız isə, öz növbəsində bizi dolandırır. Məhz buna görə biz müxtəlif el şənliklərinə dəvəti qəbul edirik. Baxmayaraq ki, bu görüşlər çox maraqlı keçir, biznes biznesdir! Və həmişə də çıxışımızın qiymətini əvvəlcədən danışırıq. Bəzən elə olur ki, toy yiyəsi gəlməyən qonaqlara görə ziyana düşür, danışdığımız qiymətdən az pul verməyə məcbur olur. Nə isə, həyatdır, həyatda hər şey olur. Əsas odur ki, sənəti ucuzlaşdırmayasan!"

Xəbər lenti

Xəbər lenti