...

Cüdo üzrə Azərbaycan komandası dünya Superkubokunnun ümumi komanda hesabında 14-cü olub

Cəmiyyət Materials 1 Oktyabr 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Cüdo üzrə Azərbaycan komandası Rotterdamda keçirilən dünya Superkubokunun yekununa görə, ümumi komanda hesabında 14-cü yeri tutub.

Dünya Universiadasının qalibi Ramil Qasımov ( 60 kq), Mehman Əzizov ( 81 kq) və Elxan Məmmədovun ( 90 kq) qazandığı üç bürünc medal, həmçinin, beşinci yeri tutan Kifayət Qasımova ( 57 kq) və Elxan Racəblinin ( 81 kq) sayəsində, yığma 15 ən yaxşı komanda sırasına düşüb. Bu göstərici ilə komanda Finlandiya, Yunanıstan, Belçika, Portuqaliya, Çernoqoriya, ABŞ, İsrail, Gürcüstan, Türkiyə, Ermənistan və bir çox digər ölkələri qabaqlayıb.

Eyni zamanda, ümumi komanda hesabında, aktivində dörd qızıl və üç gümüş medal olan Rusiya komandası qalib olub.

Xəbər lenti

Xəbər lenti