...

Azərbaycanda "Xəzər dənizinin davamlı inkişafı üçün strategiya" mövzusunda beynəlxalq konfrans işinə başlayacaq

Cəmiyyət Materials 4 Oktyabr 2007 01:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakıda bu gün "Xəzər dənizinin davamlı inkişafı üçün strategiya" mövzusunda beynəlxalq konfrans işinə başlayacaq. Konfransda Xəzərin çirkləndirilməsinin əsaslarının araşdırılması, ətraf mühitin problemlərinin həlli istiqamətində maraqlı tərəflərin səylərinin birləşdirilməsi, beynəlxalq və donor təşkilatların maraqlarının bu məsələyə cəlbi müzakirə ediləcək.

Xəzər dünyanın ən böyük daxili su hövzəsidir və dünya göl sularının 44%-ni özündə cəmləyir. Səthinin sahəsi səviyyə tərəddüdündən (10-20%) asılı olaraq dəyişsə də, orta hesabla 370,0 min kvadratkilometr olur ki, bu da digər göllərin ölçülərindən çoxdur. Xəzər Avropa və Asiya qitələri arasında yerləşir və uzunluğu təqribən 1200 km , maksimum eni 466 km , minimum eni 204 km-dir. Konfransda Almaniyanın Ətraf Mühitin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyinin dövlət katibi xanım Astrid Kliq, Türkmənistan təbiətin mühafizəsi nazirinin müavini Qeldi Çiçaev, Gürcüstan ətraf mühitin mühafizəsi nazirinin müavini Qoça Mamaçıalişvili, Qazaxıstan Ətraf Mühitin Mühafizəsi Nazirliyinin departament direktoru Aleksandr Dragel və İranın nümayəndələri iştirak edəcək.

Konfrans çərçivəsində Almaniyanın Ətraf Mühitin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanacaq.

Xəbər lenti

Xəbər lenti