...

CEV Bakıya olimpiya yarışı keçirməyi təklif edir

Cəmiyyət Materials 10 Oktyabr 2007 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycana üç olimpiya seçmə oyunları öncəsi yarışlarından birini keçirməyi təklif edib.

Federasiya CEV-in təklifini nəzərdən keçirir. Yarışın noyabrda keçiriləcəyini nəzərə alsaq, təklifə cavab mümkün qədər tez verilməlidir. Faiq Qarayevin yetirmələrinin qrupdakı rəqibləri Fransa, İspaniya, Çexiya və Avstriya olacaq. Yarışın qalibi olimpiya seçmə oyunlarının növbəti mərhələsinə adlayacaq. Buna görə Azərbaycan yığmasının rəqiblərini öz meydanında qəbul etmək şansı var.

Bu mövsüm komandanın heyətlə bağlı çətinlikləri mövcuddur. Ona görə Avropa Qran-Prisi və qitə çempionatında komanda özünü lazımı formada göstərə bilməyib.

Xəbər lenti

Xəbər lenti