...

Dövlət Komitəsinin sədri: "Azərbaycan "gender büdcəsi" istiqamətində ilk addımlarını artır"

Cəmiyyət Materials 22 Oktyabr 2007 12:38 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Azərbaycan "gender büdcəsi" istiqamətində ilk addımlarını artır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ailə, Qadın və Uşaq Probelmləri üzrə Dövlət Komitəsi Azərbaycan büdcəsinin gender ekspertizasını aparıb. Bu barədə Ailə, Qadın və Uşaq Probelmləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bazar ertəsi açıqlama verib.

Hüseynova bildirib ki, dünyada dövlət büdcəsinə gender bərabərliyi prizmasından yanaşan çox az sayda ölkələrlər var. Çünki, "gender büdcəsi" hələki yeni bir termindir və böyük dövlətlər öz büdcələrində gender bərabərliyinin qorunmasına yeni-yeni başlayırlar.

"Azərbaycan da artıq gender büdcəsi istiqamətində ilk addımları atmağa başlayıb. Dövlət Komitəsi buməsələ ilə bağlı dövlət qurumları ilə sıx işləyir. Gender büdcəsi ilə bağlı beynəlxalq təcrübənin Azərbaycanda tətbiq olunması üçün dövlət orqanlarının səlahiyyətli nümayəndələrini öz seminarlarımıza cəlb edirik"-deyə Komitə sədri bildirib.

Hüseynova bildirib ki, Azərbaycanın dövlət büdcəsi Milli Məclisdə müzakirəyə çıxarılarkən Dövlət Komitəsi orada gender bərabərliyinin qorunmasını diqqət yetirəcək. Onun sözlərinə görə, Azərbaycanın mövcud qanunlarında qadın-kişi bərabərliyinin təsbit olunması dövlət büdcəsinə gender prizmasından baxılmasına imkan yaradır.

Bazar ertəsi Dövlət Komitəsi gender büdcəsinin müzakirələrinə həsr olunmuş ilk seminarını keçirib. Komitə həmçinin dövlət büdcəsinin gender təhlilinə dair kitab nəşr etdirib.

Xəbər lenti

Xəbər lenti