...

İnsan haqları üzrə Avropa Məhkəməsi Azəbaycan vətəndaşının hökumət əleyhinə şirkayətinə baxacaq

Cəmiyyət Materials 23 Oktyabr 2007 15:34 (UTC +04:00)
İnsan haqları üzrə Avropa Məhkəməsi Azəbaycan vətəndaşının hökumət əleyhinə şirkayətinə baxacaq

Azərbaycan, Bakı / " , müxbir K.Ramazanova/ Çərşənbə axşamı Trend ə Avropa Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan haqları üzrə Avropa Məhkəməsi oktyabrın 25-də Lətifə Əfəndiyevin işinə baxaraq, qərar çıxaracaq.

Milliyyətcə azərbaycanlı olan iddiaçı Əfəniyeva Lətifə Tələt qızı 1955-ci ildə anadan olub. 1993-cü ildə Respublika Doğum Evinin rəhbər vəzifəsindən uzaqlaşdırılıb.

İnsan haqları üzrə Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququ (6), hüquq müdafiəsinin effektiv vasitəsinə olan hüquq (13), mülkiyyət hüququna əsaslanaraq, (Protokol 1, maddə 1) Əfəndiyeva əvvəlki iş yerinə bərpa olunmasını və kompensasiyanın ödənilməsini tələb edir.

Əfəndiyevanın Səhiyyə Nazirliyindən şikayətlə bağlı, Bakı Şəhər Məhkəməsinə müraciət edib və məhkəmə Səhiyyə Nazirliyinin qanunsuz addım atması və onun əvvəlki işinə bərpa olunmasına dair qərar çxarıb. Lakin keçmiş nazir Əli İnsanovun başçılıq etdiyi Səhiyyə Nazirliyi məhkəmənin qərarını yerinə yetirməkdən imtina edib.

Avropa Məhkəməsi altı Azərbaycan vətəndaşının ölkə hökumətinə qarşı şikayətlə müraciət etdiyini təsdiq edib.

Xəbər lenti

Xəbər lenti