...

"Nə? Harada? Nə vaxt?" oyununda qadınlardan ibarət komanda çıxış edəcək?

Cəmiyyət Materials 14 Noyabr 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Dekabrda "Nə? Harada? Nə vaxt?" intellektual oyununun qış bölümünün çəkilişləri başlanacaq. Gametv.az prodüser mərkəzinin rəhbəri Balaş Qasımovun TrendLife-a verdiyi məlumata görə, artıq çəkilişlərdə iştirak edəcək iki komanda məlumdur.

"Bunlardan biri Cəlal Orucovun, digəri isə Teymur Hacıyevin komandasıdır. İştirak edəcək üçüncü komanda isə yaxın günlərdə məlum olacaq. Çox güman ki, bu ya Rüstəm Fətəliyevin, ya da "Nə? Harada? Nə vaxt?" oyununun qadınlardan ibarət yığma komandası olacaq. Biz qızlara özlərinin intellektual səviyyələrini göstərmək üçün şans yaratmaq istəyirik" - deyə B.Qasımov bildirib.

Xəbər lenti

Xəbər lenti