...

"Robinzon Kruzonun həyatını yaşayırıq" -Aşıqlar Birliyinin sədri Zümrüd Məmmədova

Cəmiyyət Materials 22 Noyabr 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /müx. TrendLife Günel Əhmədova/

Aşıqlar Birliyinin bina problemi hələ çözülməmiş qalır. Məsələ ilə bağlı mövqeyini daha da sərtləşdirən qurumun sədri Zümrüd Məmmədova TrendLife-a belə bir açıqlama verdi:

"Qurum üzvləri ilə birlikdə Abid Şərifovla görüşməyi düşünürük. Çünki Hökumət Evində bizə Bəstəkarlar İttifaqından fərqli olaraq çox balaca və lazımsız otaq veriblər. Bu azmış kimi, otaqda nə işıq, nə də telefon xətti var. Sanki Robinzon Kruzonun həyatını yaşayırıq. Əlimizdə olan avadanlıqlarımız da xarab olub. Ona görə Abid müəllimlə görüşüb şəraitimizin yaxşılaşdırılması üçün ondan kömək istəyəcəyik".

Xəbər lenti

Xəbər lenti