...

Gənclər Azərbaycanda ədalətsiz məhkəmə qərarlarına qarşı etiraz aksiyası keçiriblər

Cəmiyyət Materials 23 Noyabr 2007 16:38 (UTC +04:00)
Gənclər Azərbaycanda ədalətsiz məhkəmə qərarlarına qarşı etiraz aksiyası keçiriblər

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ "Dalğa" Gənclər Hərəkatı Azərbaycanda ədalətsiz məhkəmə qərarlarına qarşı etiraz aksiyası keçirib. Aksiya cümə günü Bakının "Sahil" bağında keçirilib. Gənclər ədalətsiz məhkəmə qərarlarına etirazlarını oirjinal formada ifadə ediblər. Onlar "Sahil" bağında səhnələşdirilmiş məhkəmə prosesi təşkil ediblər. Müttəhimlər kürsüsündə şərti olaraq, həbsdə olan jurnalistlər - "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, "Azadlıq" qəzetinin baş redaktoru Qənimat Zahid və onun qardaşı- həmin qəzetin əməkdaşı Sakit Zahidovu (Mirzə Sakit) oturdublar. Məhkəmə prosesi başlayan kimi, şərti hakim kiminləsə telefonla danışıb və bundan sonra, müttəhimlərin vəkillərini, şahidləri və müttəhimləri dinləmək istəməyib və jurnalistləri uzun müddətə azadlıqdan məhrum edib . "Dalğa" gənclər hərəkatının sədri Vəfa Cəfərova bildirib ki, bu aksiyanı keçirtməkdə məqsədləri cəmiyyətin diqqətini Azərbaycan məhkəmələrində qəbul edilən ədalətsiz qərarlara yönəltməkdir. O vurğulayıb ki, belə dinc və orijinal aksiyaları davam etdirəcəklər.

20 -dək gəncin iştirak etdiyi aksiya 20 dəqiqəyə yaxın davam edib. Aksiya başa çatdıqdan sonra, gənclər "Azadlıq" qəzetinin Xəqani küçəsi 33-də yerləşən keçmiş ofisinin qarşısına gəliblər. Aksiya iştirakçıları hazırda fəhlələr tərəfindən sökülən redaksiya binasının qarşısına gül qoyub və həbsdə olan jurnalistlərin şəkillərini daşlara yapışdırıblar.

Xəbər lenti

Xəbər lenti