...

Xumar Qədimova aparıcı Nəsib Nuru kövrəltdi

Cəmiyyət Materials 28 Noyabr 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"8-104" verilişinin bu günkü qonağı Xumar Qədimovanın vaxtında özünü proqrama çatdırmaması "8-104"ün aparıcısı Nəsib Nuru bir neçə dəqiqəliyə çətin vəziyyətdə qoydu. Xanım sənətçinin gecikməsini düz 15 dəqiqə ört-basdır etməyə çalışan aparıcı, çətin ki, tamaşaçıları aldada bildi. Nəhayət, gəlib çıxan Xumar xanım bu hərəkətinin səbəbini şəhərin avtomobil yollarında yaranmış tıxaclarla əlaqələndirdi: "Az qalırdım, düşüb piyada gəlim. İstəmirdim ki, verilişi izləyən pərəstişkarlarımın gözü yolda qalsın". Gəlişi ilə proqramın ab-havasını dəyişən Qədimova bildirdi ki, tezliklə solo-konsert vermək niyyətindədir. "İnşaallah, Heydər Əliyev adına Sarayda təmir-bərpa işlərindən sonra möhtəşəm solo-konsert verəcəm. Yeni retro türk-Azərbaycan mahnıları üzərində işləyirəm. Bundan əlavə, mahnılarıma yeni klip çəkdirməyə hazırlaşıram, duet ifa etmək istəyirəm. Amma hansı müğənni ilə duet oxuyacağımı hələlik dəqiqləşdirməmişəm"-deyə o, bildirdi. Canlı yayımda lirik mahnıları ilə tamaşaları kövrəldən Xumar Qədimova az qaldı aparıcı Nəsib Nuru da ağlatsın. Verilişin sonunda "8-104"ün sabahkı qonağı-skripkaçı Ceyhun zəng vurdu və əmin etdi ki, Xumar xanımdan fərqli olaraq, o, proqrama gecikməyəcək.

Xəbər lenti

Xəbər lenti