...

"Xəzər" FK Birlik Kuboku başlayanadək iki görüş keçirəcək

Cəmiyyət Materials 12 Dekabr 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Xəzər futbol klubu Sankt-Peterburqda keçiriləcək Birlik Kubokunun startınadək iki yoxlama görüşü keçirməyi planlaşdırıb. Lənkəran klubunun saytının verdiyi məlumata görə, yoldaşlıq görüşü üçün rəqiblərin adı konkret məlum deyil. Lakin Ağasəlim Mircavadovun yetirmələri yanvarın 9-u və 12-i oynamaq niyyətindədirlər. Bu vaxtadək tətildə olan futbolçular Azərbaycana yanvarın 3-də geri dönəcək legionerlərlə birlikdə yenidən toplaşacaqlar. Yeni ilin əvvəlindən məşqçi qərargahı həm Birlik Kuboku oyunlarında, həm də milli birinciliyin ikinci dövrəsində ölkə çempionunun mövqeyini möhkəmləndirəcək yeni oyunçuları işdə yoxlamağa başlayacaq. "Xəzər" birinci dövrəni ikinci yerdə başa vurub və "Olimpik"dən beş xal geri qalır.

Xəbər lenti

Xəbər lenti