...

Azərbaycan qrossmeysterləri Qran-Pri mərhələsində iştirak etmək şansına malikdirlər

Cəmiyyət Materials 17 Dekabr 2007 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ FİDE gələn ildən Qran-Pri mərhələlərinin iştirakçı heyətini müəyyən edəcək. Bu mərhələlərdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da iştirak edə bilər.

Yarışlarda 14 şahmatçı iştirak edəcək ki, onlardan da 7-si FİDE-nin reytinqi üzrə seçiləcək. Əgər ranq üzrə cədvələ nəzər salsaq Ş.Məmmədyarovun 7-ci, T.Rəcəbovun isə 8-ci yerdə qərarlaşdığını görərik. Lakin nəzərə alsaq ki, cədvəlin ön mövqelərində qərarlaşan Vişvanatan Anand, Kramnik və Veselin Topalov kimi şahmatçılar Şahmat tacı uğrunda mübarizə aparacaqlar, o zaman hər iki Azərbaycan qrossmeysterinin turnirlərdə iştirak etmək şansı olduğunu görmək olar.

İki il ərzində ildə üç yarış olmaqla 6 Qran-Pri turniri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti