...

Jurnalistlər qəfil etiraz aksiyalarına hazırlaşırlar

Cəmiyyət Materials 21 Dekabr 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Jurnalistlərin həbsinə etiraz olaraq bəzi mətbu orqanların nümayəndələri qəfil aksiyalar keçirəcəklər. Bu barədə cümə günü Trend ə "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov məlumat verib.

Aksiyaçılar Bakı Şəhər İcra Hakimiyyətinin aksiyalara icazə vermədiyi üçün paytaxt rəhbərliyi müraciət etməyəcəklər. Bakı Şəhər İcra Hakimiyyəti söz azadlığını müdafiə komitəsinin dekabrın 9-a, 22-ə "Ukrayna" meydanına təyin etdiyi mitinqlərə icazə verməyib.

Əhmədov jurnalistlərin hazırlaşdığı etiraz aksiyalarının vaxtı, yeri barədə açıqlama verməyib. O bildirib ki, etiraz aksiyalarının, piketlərin polislər tərəfindən dağıdılmasını nəzərə alaraq əvvəldən məlumat verməyəcəklər və gözlənilmədən aksiyalar keçirəcəklər.

Hazırda Azərbaycanda doqquz nəfər jurnalist həbsdədir, səkkizi məhkum, biri təqsirləndirilən şəxsdir.

"Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli, əməkdaşı Yaşar Ağazadə, "Nota-bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiev, "Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev "təhqiq" və "böhtan" cinayətlərinə görə 2 il yarım həbs cəzası alıblar. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov "xuliqanlıq, qəsdən sağlamlığa zərər vurma", əməkdaşı Sakit Zahidov "qanunsuz olaraq narkotik gəzdirmə", "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazarı Rafiq Tağı "irqi, milli, sosial, dini nifrət və düşmənçiliyin salınması" cinayətlərində təqsirləndiriliblər. Ümumilikdə həbsdəki jurnalistlərin hamısı özlərinin peşə fəaliyyətlərinə - yazılarına görə həbs olunduqlarını iddia edirlər.

Xəbər lenti

Xəbər lenti