...

Bizim işimiz məşqçinin təyinatını müzakirə etmək deyil, oynamaqdır- "Neftçi"-nin hücumçusu

Cəmiyyət Materials 7 Yanvar 2008 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Bizim işmiz məşqçinin təyinatını müzakirə etmək deyil, meydana çıxımaq və oynamaqdır"- "Neftçi"-nin hücumçusu Samir Əliyev ukraynalı mütəxəssis Anatoli Demyanenkonun komandaya gəlməsi ilə əlaqədar Trend -ə bildirib. Hücumçunun sözlərinə görə, komanda milli birinciliyin ikinci dövrəsinə hazırlaşır. Bu mərhələdə bakılıları birinci yer uğrunda çətin mübarizə gözləyir. Əlbəttə, məşqçinin tez-tez dəyişdirilməsi klubun xeyrinə deyil, lakin rəhbərlik belə qərar qəbul edibsə, bizim işimiz bu addımı müzakirə etmək deyil. Biz öz sözümüzü meydanda deməliyik - Əliyev bildirib. Qeyd etmək lazımdır ki, çempionatın birinci yarısının nəticələrinə görə, "Neftçi" turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. O, lider "Olimpik" dən 6 xal geri qalır.

Xəbər lenti

Xəbər lenti