...

Biz təkcə səsimizlə pul qazanmırıq –Elnur, Natəvan və Rüstəm

Cəmiyyət Materials 8 Yanvar 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 yanvar /müx. TrendLife Şahin Cavadsoy

Günlərdən bəri şəhərimizə yağan aramsız qarın səngiməsi, bəzi gənc müğənniləri məyus edib. Natəvan Həbibi və "Şeron" qrupundan tanıdığımız Elnur və Rüstəm Bakıya güclü qarın yağmasından hədsiz sevinclərini dilə gətirdilər:

Rüstəm: - Qar ruzi-bərəkətdir. Həm də qarda izlər daha aydın görünür. Yaradıcı insanların yaşam tərzində iqlimin dəyişməsi çox böyük məna kəsb edir. Qar həm də təmizlikdir. Ona görə də hamımıza həmişə təmizlikdə olmağı arzularyıram.

Elnur: - Rüstəmdən fərqli olaraq, mən yağan qara, qazanc mənbəyi kimi baxıram. Soyuq keçən havalarda, altdan-üstən geyinərək, başlayıram pul qazanmağa. Beli əlimə götürüb, qonum-qonşunun həyətinə yağan qarı təmizləyirəm. Etdiyim xidmətin qiymətini deyə bilərəm - cəmi 2 manat.

Natəvan : - Elnurun bu açıqlamasını oxuyan pərəstişkarları, qoy onu düz başa düşsünlər. Əvvəla, demək isətəyirəm ki, kişi daşdan da pul qazanmağı bacarmalıdır. Elnur öz zəhməti ilə bu zirvəyə gəlib çıxıb. Qar təmizləməksə, onun çoxdankı peşəsidir. Populyar olmamışdan öncə, ikimiz bir yerdə çox həyətləri, küçələri qardan təmizləyirdik. İndi, bir az bu peşəmizi yadırğamışıq. Təəssüflə deyirəm ki, tanınmış sima olmağımız bizi bu işimizdən uzaq salıb. Odur ki, yalnız qartopu oynamaqla kifayətlənirik.

Xəbər lenti

Xəbər lenti