...

Baltikyanı ölkələrdə Xocalı soyqırımının ildönümü qeyd ediləcək

Cəmiyyət Materials 12 Fevral 2008 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir S.İlhamqızı/Baltikyanı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqrım aktları və işğalçı siyasətlə bağlı, fevfalın 20 -dən martın 31-dək silsilə tədbirlər keçirəcəklər. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fevralın 26-da Estoniyadakı "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi, Akademik Z.Əliyeva adına Şərq Xalqları Mədəniyyəti Universiteti, Litvadakı "Litva Azərbaycanlıları Cəmiyyəti", Latviyadakı "Ocaq" Mədəniyyət Mərkəzi anım mərasimi təşkil edəcəklər. Tədbirlər, əsasən, məlumat-təbliğat xarakteri daşıyacaq.

Latviyada "Ocaq" Mədəniyyət Mərkəzinin təşkil edəcəyi anım mərasimində Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanda dövlət sifarişi ilə hazırlanan 12 dəqiqəlik "DUA" sənədli filmi nümayiş olunacaq və soyqırımı əks etdirən fotolar sərgilənəcək.

"Litva Azərbaycanlıları Cəmiyyəti" isə, Milli İcmalar Evində faciənin ildönümü ilə əlaqədar keçirəcəyi tədbirdə litva dilində tərcümə edilmiş sənədli materialların paylanmasını da nəzərdə tutub.

Hər üç Baltikyanı ölkədə Azərbaycan cəmiyyətlərinin hazırladığı Xocalı soyqırımına dair Milli Məclisdə qəbul olunan sənədlər və digər materiallar toplusu, Türkiyənin Estoniyadakı səfirliyindən alınmış Türk-erməni münasibətləri haqqında tarixi materiallar 3 dövlətin parlament üzvlərinə, nazirlərinə və digər ölkələrin diplomatik korpuslarına paylanacaq.

Xüsusi olaraq hazırlanmış təbliğat qrupları Baltikyanı ölkələrin müxtəlif şəhərlərində, rayonlarında foto və rəsm sərgiləri, elmi seminarlar təşkil edəcək, film nümayişi və diskussiyalar keçirəcək, xüsusi bülletenlər paylayacaqlar. Bu təbliğat qruplarının tərkibinə xarici vətəndaşların da daxil edilməsi nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - sevda

Xəbər lenti

Xəbər lenti