...

Azərbaycan cüdoçuları Macarıstanda keçiriləcək Dünya Kubokunda çıxış edəcəklər

Cəmiyyət Materials 14 Fevral 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir Z.Səfərov/ Cüdo üzrə qadınlardan ibarət Azərbaycan komandası fevralın 16-17-də Dünya Kuboku yarışının keçiriləcəyi Budapeşt şəhərinə yola düşüb.

Kollektivin tərkibinə Pekin Olimpiadasına düşmak üçün yaxşı şansa malik olan Kifayət Qasımova ( 57 kq), həmçinin Ramilə Yusubova ( 63 kq) daxil olub. Onlara İbadulla Şabanov rəhbərlik edəcək. Komanda yarışa bu yaxınlarda başa çatan Dünya Kubokunun keçirildiyi Parisdən yollanıb. Komanda yarış bitdikdən sonra burada təlim-məşq toplanışı da keçib.

K.Qasımova turnirdə iştirak etməyib. R.Yusubova isə bürünc medal uğrunda təsəlliverici görüşdə məğlub olub.

Eyni zamanda, kişilərdən ibarət komandamız Avstriyaya yollanıb. Burada lisenziya xarakterli Dünya Kuboku keçiriləcək.

Xəbər lenti

Xəbər lenti