...

Xanımlarsız biz kişilər heç nəyik – kişi sənətçilər belə düşünürlər

Cəmiyyət Materials 7 Mart 2008 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı,07 mart /müx. TrendLife Şahin Cavadsoy/

Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. TrendLife yerli şou dünyasında fəaliyyət göstərən kişi sənətçilərimizə müraciət etdi ki, onlar xanımlarımızı xoş sözləriə təbrik etsinlər. Bəri başdan biz də deyilən xoş sözlərə, edilən təbrikləri qoşulub, xanımları ürəkdən təbrik edirik.

Müğənni Elnur : - 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edirəm.. Onlarsız biz kişilər heç nəyik.

Əməkdar incəsənət xadimi Arif Qazıyev: - mən Mugam Teatrının rəhbəriyəm. Hər kəsdən öncə, teatrımızda çalışan xanımları təbrik etməyə çalışacağam. Yəqin ki, onlar üçün gözəl bir sufrə açıb, bayram şənliyi də təşkil edərik. Ancaq, bu fürsətdən istifadə edib, bir daha bütün qadınlarımızı bayram münasibəti ilə təbrik edirəm. Qoy xanımlarımız həmişə gözəl, təravətli olsunlar.

Xalq artisti Teymur Mustafayev : - Xanımlara canım qurban. Amma, əmi canı, quru candan da bir şey çıxmır.Gərək əlim cibimdə olsun. Başda anam, uşaqların anası və qızlarım olmaqla, bütün xanımlarımızı təbrik edirəm. Allah bütün xanımlarımızı qorusun. Onlar bizim başımızın tacıdırlar. İlin bütün günlərini şən əhval-ruhiyyədə keçirmələrini də ürəkdən arzulayıram.

Əməkdar artist Ədalət Şükürov: - Mənə görə, xanımlara edilən hədiyyənin böyüyü-kiçiyi yoxdur. Məsələn, azyaşlı bir uşaq anasına 8 Mart münasibəti ilə bir açıqca yazır və onu çox sevdiyini bildirir. Və həmin ana üçün bu xoş sözlər ən dəyərli hədiyyələrdən artıq olur. Arzu edirəm ki, xanımlarımız daim bayramlar içində yaşasınlar. Çünki, bu onlara çox yaraşır.

Əməkdar artist Baloğlan Əşrəfov: - 8 Mart bizim xanımlarımızın səbirsizliklə gözlədiyi bayramlardan ən birincisidir. Ona görə də qadınlarımızı ürəkdən təbrik edirəm. Allah-Təala onları öz nəzəri altında saxlasın. Bir də, xanımlara təkcə ilin bir günü bayram təşkil edilməsinin tərəfdarı deyiləm. Onlara bütün həyatları boyu xoş günlər yaşatmaq biz kişilərin bir nömrəli vəzifələri olmalıdır.

Rejissor Fuad Əlişov: - Mən də təkcə bir gün-yəni 8 Mart tarixində xanımların bayram etməsilə razılaşmıram. Lazım deyil ki, cəmi bir gün onları yada salıb, nəsə bir hədiyyə hazırlayaq. Bacardığım qədər əhatəmdə olan əzizlərimə tez-tez hədiyyələr etməyə can atıram. Xanımlar həm də bir güldür. Onları qoruyub saxlamaq biz kişilərin öhdəsinə düşüb. Kişlilərə səslənib deyirəm ki, gəlin xanımlarımızın hər gününü təmtəraqlı bir bayrama çevirək. Bir daha təbriklər-əziz xanımlar!

Xəbər lenti

Xəbər lenti