...

Berti Foqts Azərbaycan yığmasının baş məşqçisi oldu

Cəmiyyət Materials 3 Aprel 2008 21:53 (UTC +04:00)
Berti Foqts Azərbaycan yığmasının baş məşqçisi oldu

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir B.Məmmədov/ Almaniyalı mütəxəssis Berti Foqts futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi oldu.

Almaniyaya Avropa- 96-nın çempionluğunu qazandıran məşqçi bu gün Frankfurtda AFFA il müqavilə imzalayıb. Foqtsun müqavilənin bütün detallarını müzakirə etməsindən sonra tərəflər xüsusi müqavilə imzalayıblar. İkinci müqavilə məşqçinin Azərbaycana səfəri zamanı imzalanacaq.

Əvvəllər Assosiasiya rəhbərliyi almaniyalı mütəxəssislə danışıqları onun gələcəkdə milli komandaya rəhbərlik etməsi mövzusunda aparıb. Foqst Azərbaycan tərəfinin təklifinə qarşı çıxmayıb. İndi isə məhz o, Avropa çempionatının seçmə mərhələsində kollektivin baş məqçisi olacaq.

Onun məşqçi qismində son iş yeri Nigeriya yığması olub və həmin dövr ərzində Foqts komandanı Afrika Kubokuna hazırlaşdırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti