...

Mariya Stadnik güləş üzrə Avropa çemionatından Azərbaycana qızıl medalla qayıdıb

Cəmiyyət Materials 5 Aprel 2008 11:01 (UTC +04:00)
Mariya Stadnik güləş üzrə Avropa çemionatından Azərbaycana qızıl medalla qayıdıb

Finlandiyanın Tempere şəhərində keçirilən güləş üzrə Avropa çempionatında 48 kq-dək olimpiya çəki dərəcəsində qadın güləşi üzrə turnirin ilk medalçıları məlum olub. Finalda Azərbaycandan olan Mariya Stadnik fransız Vanessa Bubriemm (4:1, 4:1) üzərində inamla qələbə qazanıb və karyerası ərzində ilk dəfə olaraq Avropa çempionu tituluna sahib olub. Bu barədə "Ves sport" Agentliyinin idman xəbərləri üzrə xüsusi müxbiri məlumat verib. Finalda məğlub olan fransız Vanessa Bubriemm də mükafatsız qalmayıb və turnirin yeganə olimpiya lisenziyasını qazanıb. Belə ki, Stadnik bu lisenziyanın hələ ötən il Bakıda keçirilən Dünya çempionatında əldə edib. Azərbaycan yığmasının digər iki üzvü olan Olesya Zamula ( 63 kq) və Zümrüd Qurbanhacıyeva ( 72 kq) fəxri kürsüyə qalxmağa nail ola bilməyiblər.

Qadınlar arasında 48 kq-a qədər çəki dərəcəsində: 1. Mariya Stadnik (Azərbaycan). 2. Vanessa Bubriemm (Fransa). 3. İvona Sadovska (Polşa) və Aleksandra Koqut (Ukrayna).

Xəbər lenti

Xəbər lenti