...

Azərbaycanlı müğənnilər çox iddialıdırlar – azəri qızı Günel

Cəmiyyət Materials 16 Aprel 2008 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / "Trend Günel Əhmədova

Günelin Bakıya hər gəlişi müəyyən məqamlarla yadda qalır. Daha çox qalmaqala meylli olan gənc müğənninin iddialı çıxışları həmkarlarında qıcıq yaradır. Onun sonuncu çıxışının mövzuya çevriləcəyi istisna edilmir. Müğənninin TrendLife-a bildirdiyinə görə, Azərbaycanlı sənət adamları çox yüksəkdən gedirlər, onlar çox iddalıdırlar. Bunu xırdalamaq istəməyən azəri qızı şou-proqramları buna misal çəkdi. Onun fikrincə, bu yönlü verilişlərin qəhrəmanlarının hər bir kəlməsi insanda ikrah hissi yaradır: "Amma Türkiyədə belə deyil. Böyük-kiçik yeri bilinir. Kim-kimə gəldi boş yerə söz atmır. Bir də ki, reallıqdan danışırlar".

Bu ifadə ilə nəyi nəzərdə tutduğunu soruşanda Günel belə bir açıqlama verdi: "Bir daha qeyd etmək istəyirəm ki, bizim ölkənin sənətçiləri özlərini olduqlarından da yüksəkdə tutmağı sevirlər. Müşahidələrimdə dəfələrlə belə hallara rast gəlmişəm. Amma əsl sənət bunu sevmir. Bir məqamı da diqqətinizə çatdırım. Son illər azərbaycanlı sənətçilərin Türkiyəyə bir axını başlayıb. Şahidi olduğunuz kimi, tez-tez ekranlara çıxırlar, ara-bir konsertlər verirlər. Amma Azərbaycana qayıdanda bunu şişirdilmiş şəkildə təqdim edirlər. Türkiyədə kiminsə hansısa ölkədə efirə çıxması, yaxud konsert verməsi ajiotaj yaratmır. Əgər sənətçisənsə bunlar mütləq olmalıdır. Orada böyük işlər barədə böyük cümlələr işlədilir. Burada isə ənənələr tam başqa istiqamətdə cərəyan edir".

Xəbər lenti

Xəbər lenti