...

Azərbaycan hökuməti bakalavr dərəcəsi üçün ixtisasların sayını azaltmayıb

Cəmiyyət Materials 30 Aprel 2008 14:11 (UTC +04:00)
Azərbaycan hökuməti bakalavr dərəcəsi üçün ixtisasların sayını azaltmayıb

Azərbaycan, Bakı, 30 aprel / " , müxbir C.Babayeva/ Azərbaycan Nazirlər Kabineti ali məktəblərə qəbul üzrə ixtisasların 500-dən 147-dək azaldılmasına dair Təhsil Nazirliyinin təklifini təsdiq etməyib.

"İxtisasların sayının azaldılması 2009-2010-cu təhsil illərində gözlənilir", - deyə çərşənbə günü jurnalistlərə Azərbaycanın təhsil nziri Misir Mərdanov məlumat verib.

Boloniya prosesi standartlarına görə, ali məktəblərə qəbul 150-dən çox ixtisas üzrə aparılmamalıdır. Azərbaycan boloniya prosesinə 2005-ci ildə qoşulub. Azərbaycanda bakalavr dərəcəsində qəbul 500-dən yuxarı ixtisas üzrə aparılıb.

Azərbaycan bu il bakalavr dərəcəsində ixtisasların sayını 147-yə qədər azaltmağı planlaşdırıb.

Prezidentin sərəncamına əsasən, Azərbaycanın ali təhsil sistemində islahatların aparılması üzrə Dövlət Proqramının hazırlanması üçün işçi qrup yaradılıb ki, nəticədə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə dövlət proqramı" hazırlanıb.

Azərbaycan təhsil nazirinin əvvəllər bildirdiyinə görə, Dünya Bankı Dövlət Proqramı layihəsinin hazırlanması üçün hökumətə qrant ayrmağa hazır olduğunu bildirib.

Hökumət həmçinin 2008-ci ildə təhsil üçün xərcləri artırmaq niyyətindədir. Trend un məlumatına görə, hökumət tərəfindən parlamentə təqdim olunan "2008-ci ildə dövlət büdcəsinə dəyişikliklər barədə" qanun layihəsində təhsil xərclərinin 18, 6 faiz artırılması nəzərdə tutulub.

Cari ilin dövlət büdcəsində ölkənin təhsil xərcləri 973 mln. 873 min manat həcmində təsdiq edilib.

Büdcəyə dəyişiklik edildikdən sonra təhsil xərcləri 1 mlrd. 115 mln. manatadək artacaq. Məktəbəqədər və ibtidai təhsilə 71 mln., natamam və orta təhsilə 575,9 mln., internat və xüsusi məktəblərə, 38,3 mln., TPM və litseylərə 50,696 mln., ali təhsilə 97,5 mln., təhsil sahəsində tətbiqi araşdırmalara 3,6 mln., digər ehtiyaclara isə 277,7 mln. manat ayrılacaq.

Azərbaycan Parlamenti may ayının 2-də 2008-ci il dövlət büdcəsinin təkrar artırılmasına dair məsələni nəzərdən keçirəcək.

Xəbər lenti

Xəbər lenti