...

Tarkan yenidən Bakıda qonaq oldu

Cəmiyyət Materials 22 May 2008 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /müx. TrendLife Cavid Osmanov/

Türkiyənin pop starı Tarkan Bakıya gəldi. Onun hər dəfə Bakıya gəlişi ajiotaj yaradır. Elanlarda yazıldığı kimi konsert saat 20:00-da, yox, yarım saat gec başladı. İlk əvvəl səhnəyə Krım müğənnisi Zarena çıxdı. Daha sonra isə türk musiqisinin kralı Tarkan səhnəyə təşrif buyurdu.Müğənni ilk iki mahnını ifa etdikdən sonra zalda oturanları səhnəyə dəvət etdi. Cangüdənlər belə, səhnəyə çıxanların qarşısını ala bilmədi. "Oynama" mahnısını ifa etdiyi zaman isə demək olar ki, müğənni dincəlməyə müyəssər oldu. Çünki onu sevənlər mahnını özləri ifa etdilər. Əlbəttəki, pop star özünün yeni albomundan olan mahnıları dinləyicilərə ərmağan etdi.

Xəbər lenti

Xəbər lenti