...

Azərbaycanın "futbol mövsümünün ən yaxşı məşqçisi" Trend News-un diplomu ilə təltif olunub(video)

Cəmiyyət Materials 3 İyun 2008 13:38 (UTC +04:00)
Azərbaycanın "futbol mövsümünün ən yaxşı məşqçisi" Trend News-un diplomu ilə təltif olunub(video)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Olimpik" futbol klubunun baş məşqçisi Əsgər Abdullayev Trend Agentliyi tərəfindən diplomla təltif olunub. "Olimpik"in baş məşqçisi Trend -un futbol azarkeşləri arasında keçirdiyi sorğunun qalibi olduğu üçün diploma layiq görülüb. " Trend Agentliyinə belə bir sorğu keçirdiklərinə görə təşəkkürümü bildirirəm. Sorğuya qatılıb mənə səs verənlərə də sağ olsunlar deyirəm", - çərşənbə axşamı Trend Xəbər Agentliyində təşkil olunan mükafatlandırma mərasiminə qatılan Abdullayev deyib.

Trend -un keçirdiyi sorğuda on mindən çox futbol azarkeşi iştirak edib. Abdullayev 48,97 % faiz (5271) səs toplamaqla birinci olub. "Xəzər-Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadov 46,93 % faiz (5051) səs qazanaraq sorğuda ikinci olub. "İnter"in ukraynalı baş məşqçisi Valentin Xodukin 4,104 % faiz (441) səslə sonuncu yeri tutub.

"Olimpik" klubu Azərbaycanın futbol üzrə Premyer-Liqasında sonuncu tura kimi liderlik edib. Komanda sonuncu turda "Qarabağ"a məğlub olmaqla çempionluğu əldən buraxıb. "İnter" klubu Premyer-Liqanın çempionu, "Xəzər-Lənkəran" isə futbol üzrə ölkə kubokunun qalibi adını qazanıb.

Abdullayev "Olimpik"ə baş məşqçi təyin olunmamışdan öncə 2000-ci ildə güclülər dəstəsində iştirak edən "Şəfa"klubu, 2005-ci ildə isə "Bakı" klubu ilə Azərbaycan kubokunu qazanıb. Baş məşqçi Azərbaycanın futbol üzrə yığma komandasına rəhbərlik etdiyi dövrdə səfərdə ilk dəfə xal qazanan (Serbiya - Azərbaycan 2:2) məşqçi kimi yadda qalıb və milliyə 6 oyunda 4 xal qazandırıb. Bundan əlavə, Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasına ən çox xal qazandıran (9 xal) məşqçisi kimi də tarixə düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti