...

Azərbaycanın Mətbuat Şurasına yeni sədr seçilib

Cəmiyyət Materials 20 İyun 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan jurnalistlərinin bu gün keçirilən V qurultayında Mətbuat Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib. Gizli səsvermə nəticəsində İdarə Heyətinə jurnalist namizədlərindən Əflatun Amaşov, Elçin Şıxlı, Rəşad Məcid, Bəxtiyar Sadıqov, Mehman Əliyev, Umud Mirzəyev, Vüsalə Abışova, Vüqar Rəhimzadə, Tapdıq Abbas seçiliblər. Akif Aşırlı və Aydın Quliyev isə ehtiyat üzv olublar. İdarə Heyətinə ictimaiyyət namizədlərindən isə Vüqar Səfərli, Kamal Abdulla, Hacı Sabir Həsənli, Aqil Abbas, Müşfiq Ələsgərli və Cəmil Həsənli seçiliblər. Qafar Çaxmaqlı və Qulu Məhərəmli isə ehtiyat üzv seçiliblər.

Bundan sonra Mətbuat Şurasına sədr seçkisi keçirilib. Əflatun Amaşov açıq səsvermə yolu ilə yenidən qurumun rəhbəri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti