Azərbaycan, Bakı, 28 iyun /TrendLife müx. Eldar Hüseynzadə/
Fransada keçirilmiş ənənəvi "Muzeylər gecə"sinin koordinatoru Devid Madek Dövlət Xalçaçılıq və Tətbiqi İncəsənət Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurası Milli Komitəsinin (ICOM) sədri Röya Tağıyevaya beynəlxalq tədbirdə fəal iştirakına görə, təşəkkür edib. Bundan əlavə Dövlət Xalça Muzeyi Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyi tərəfindən 2009-cu il mayın 16-da növbəti aksiyada iştirak etmək üçün dəvət alıb.