...

Azərbaycanın UEFA kubokunda iştirak edəcək futbol klublarının rəqibləri məlum olub

Cəmiyyət Materials 1 İyul 2008 17:06 (UTC +04:00)
Azərbaycanın UEFA kubokunda iştirak edəcək futbol  klublarının rəqibləri məlum olub

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanı UEFA kubokunda təmsil edəcək "Xəzər-Lənkəran" Polşanın "Lex", "Olimpik" isə Serbiyanın "Voyvodina" komandaları ilə qarşılaşacaq. Bu, çərşənbə axşamı İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra məlum olub.

Ötən mövsüm Çempionlar Liqasında mübarizə aparan "Xəzər-Lənkəran" ilk mərhələdə Xorvatiyanın "Dinamo" klubu ilə oyunlardan sonra mübarizəni dayandırmışdı. Lənkəranı təmsil edən komanda UEFA kubokunda ikinci dəfə mübarizə aparacaq. "Xəzər-Lənkəran" bu yarışda ilk iştirakında Moldovanın "Nistru" klubuna məğlub olub.

"Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadovdur.

"Olimpik" klubu UEFA kubokunda ilk dəfə çıxış edəcək. Bakı komandası indiyədək avrokuboklarda iştirak etməyib.

"Olimpik" klubunun baş məşqçisi Əsgər Abdullayevdir.

Azərbaycanın hər iki komandası ilk oyunlarını öz meydanlarında keçirəcəklər. İlk oyunlar iyulun 17- də başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti