...

Azərbaycanın qadın güləşçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 3 İyul 2008 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadın güləşçiləri Polşada kıeçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər. Bu barədə Trend -a cümə axşamı Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Azərbaycanı beynəlxalq turnirdə iki güləşçi - Zamula Alesiya və Yelena Kaprova təmsil edəcəklər. İyulun 11-də startı veriləcək yarış üç gün davam edəcək.

Azərbaycanlı qadın güləşçilər Polşadakı turnirə məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında yola düşəcəklər.

Xəbər lenti

Xəbər lenti