...

"Zəngəzur" filmi üzərində iş başa çatıb

Cəmiyyət Materials 18 İyul 2008 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

"Azərbaycantelefilm" studiyasında lentə alınan "Zəngəzur" sənədli filmi üzərində iş başa çatıb. "Bu filmlə biz bir daha məsələ qaldırmaq istəyirik ki, Zəngəzur-Azərbaycanın qədim torpağıdır, hazırda erməni işğalçılarının tapdağı altındadır. Zəngəzuru qanunsuz olaraq bizim ölkədən oğurlayıb, Ermənistana birləşdirdilər"-bu sözləri filmin müəlliflərindən biri olan Xaliq Rəhimli TrendLife-a söyləyib.

Filmin digər rejissoru Tofiq Əllizoğludur. X. Rəhimli hesab edir ki, filmə ən çox gənclər tamaşa etməlidirlər. "Gənc insanlar Qərbi Azərbaycanın torpaqları haqqında çox bilməlidirlər. Filmdə ermənilərin bizim torpağımıza qəsb etmələrinə dair bir çox tarixi faktları üzə çıxarmışıq. Lakin "Zəngəzur"un sonu nikbin bitir. İnanırıq ki, vaxt gələcək Azərbaycandan alınan torpaqları geri qaytaracayıq",-X. Rəhimli sözünə yekun vurub.

Bu bizim həmsöhbətimizin sayca 11-ci sənədli işidir. "Zəngəzur" filmi yaxın zamanda AzTV-də nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti