...

Firəngiz Mütəllibova istirahətə geniş vaxt ayıra bilmir

Cəmiyyət Materials 29 İyul 2008 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /TrendLife müxbir Z.Rüstəmova

"İyulun 28-i anamın il dönümü idi. Onun ruhuna dua oxutdurub, eysan verdim. Aparıcısı olduğum "Ləziz saat" verilişinin çəkilişini yekunlaşdırıb bir həftəlik istirahətə getməyi düşünürəm". Bu sözləri TrendLife-a xalq aritsti Firəngiz Mütəllibova deyib. Onun sözlərinə görə, çalışdığı tele-kanalda verilişlərin əksəriyyətində fasilə olmur. Bunu nəzərə alan aktirsa istirahət müddətini bir həftəlik seçib. Lakin o, səmərəli vaxtını uzaq ölkələrdə deyil, Azərbaycanın guşələrindən birində yaxınları ilə birilkdə keçirəcək.

Teatrdakı yaradıcılığından söz salan aktirsa sonuncu mövsümün onun iş həyatında iz buraxdığını bildirdi:

-İlbə-il teatr fəaliyyəti imkanlarını artırır. Bu, il Milli Dram Teatrı bir sıra tamaşaların təqdimatı və səfərləri ilə yadda qaldı. Kazanda səfərdə olarkən dövlət teatrının aktyorları bizim oyunumuza tamaşa edərək, maraqlı fikirlər söyləmişdilər. Oyun tərzimiz onları valeh etmişdi. Bu kimi hadisələr mənim yaradıcılıq həyatıma əbədi yazılır. Hazırda isə teatr təmirə dayandırılıb, lakin yeni mövsümdə fəaliyyətimiz başqa məkanda davam etdiriləcək".

Aktyor nəslinə diqqətin artırıldığını deyən Firəngiz xanım çalışdığı teatrın aktyorlarının 80 faizinin bu imkanlardan yararlandığını söylədi:

"Nəhayət, mən də prezidentin əmri ilə mənzillə təmin olundum. Artıq geniş otaqları olan mənzildə yaşayıram. Dövlət daima bizə qayğısını göstərir".

Xəbər lenti

Xəbər lenti