...

Azərbaycanda nüvə - tədqiqat reaktorunun tikintisinin mümkünlüyü ilə bağlı hesabat üç ilə hazırlanacaq – MAQATE Katibliyi

Cəmiyyət Materials 3 Sentyabr 2008 18:45 (UTC +04:00)
Azərbaycanda nüvə - tədqiqat reaktorunun tikintisinin mümkünlüyü ilə bağlı hesabat üç ilə hazırlanacaq – MAQATE Katibliyi

Azərbaycan, Bakı, 03 sentyabr/ Trend , müxbir R.Novruzov/ MAQATE Azərbaycanda nüvə - tədqiqat reaktorunun tikinti mümkünlüyü haqqında hesabatı üç ilə hazırlayacaq,- MAQATE-nin Azərbaycanda səfərdə olan texniki məsələlər üzrə koordinatoru Andrey Çupov çərşənbə günü jurnalistlərə bildirib.

Çupovun səfəri sentyabrın 2 - də başlayıb. Fövqəladə hallar, ekologiya və təbii sərvətlər nazirliklərində, Standartlaşdırma üzrə Dövlət Komitəsində görüşlər keçiriləcək. Çərşənbə günü Çupov Milli Elmlər Akademiyası və Onkoloji Mərkəzin rəhbəri ilə görüşlər keçirib. Radioaktiv təhlükə kəsb edən aparatlarla işləyən personalın təhlükəsizliyi görüşlərin əsas müzakirə mövzusu olub.

"Hesabat hökumətə təqdim ediləcək. Layihə üç ilə nəzərdə tutulsa da, ümid edirik ki, iki ilə onu başa çatdıracağıq", - Çupov bildirib. "Qərar qəbul etmək üçün hökumətə müəyyən vaxt lazım olacaq. Biz isə, işləri müəyyən olunmuş çərçivədə başa çatdırmaq üçün növbəti mərhələ üzərində işləməliyik", - o qeyd edib.

MAQATE Azərbaycanda birinci nüvə reaktorunun tikintisinə rəsmi icazə verib.

Azərbaycan hökuməti tikintiyə razılıq verib. Tikinti işlərini 2009 - cu ildə başlamaq, 201 0- cu ildə başa çatdırmaq nəzərdə tutulur.

Radiasiya Problemləri institutu Azərbaycan atom- elektrik stansiyasının (AES) tikintisi üzrə təkliflər paketi hazırlayaraq, hökumətə təqdim edib. İnstitut Azərbaycanda alternativ enerji mənbəyinin yaradılmasını çox vacib hesab edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti