...

Azərbaycanın "Qəbələ" futbol klubu azarkeşlərinə görə cərimə olunub

Cəmiyyət Materials 23 Sentyabr 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" futbol klubu azarkeşlərinin intizamsız hərəkətlərinə görə AFFA-nın Nizam-İntizam Komitəsi tərəfindən iki min manat cərimə olunub. Bu barədə çərşənbə axşamı Trend -a AFFA-nın mətbuat xidməti məlumat verib.

"Qəbələ" klubu Azərbaycan Premyer-Liqasının son turunda öz meydanında keçirdiyi oyunda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub. Qəbələ şəhərini təmsil edən komandanın azarkeşlərinin meydançaya kənar əşyalar atması isə klubun iki min manat məbləğində cərimələnməsi ilə nəticələnib.

"Qəbələ" komandasının baş məşqçisi Ramiz Məmmədovdur.

Hazırda komanda Premyer-Liqada hesabında yeddi xal olmaqla səkkizinci yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti