...

Hitlerin Azərbaycan dilinə tərcümə olunmuş "Mənim savaşım" kitabı yenidən ekspertizaya göndərildi

Cəmiyyət Materials 23 Sentyabr 2008 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, Bakı, 23 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ "Xural" qəzetinin baş redaktorunun tərcümə etdiyi Adolf Hitlerin "Mənim savaşım" kitabına AMEA -nın Dilçilik İnstitutu rəy verəcək.

Bu barədə çərşənbə axşamı Bakının Nərimanov rayon məhkəməsində keçirilən prosesdə qərar verilib.

Cinayət Məcəlləsinin milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (283 -cü) maddəsi ilə ittiham olunan baş redaktor Əvəz Zeynallı 2004 -cü ildə Adolf Hitlerin "Mənim Savaşım" kitabının Azərbaycan dilinə tərcüməsində Hitlerə və kitaba rəğbət hissində günühlandırılır.

Nərimanov rayon məhkəməsi ötən il dekabrın 18 - də kitabın tərcüməsində Hitlerə rəğbət hissinin olub - olmadığını müəyyənləşdirmək məqsədilə kompleks -komisyon, politoloji, psixoloji, dilçilik ekspertizalarının keçirilməsi barədə qərar verib və işi Ekspetiza Mərkəzinə göndərib.

Lakin Ekspertiza Mərkəzi kitaba rəy vermədən geri qaytarıb.

Mərkəzdən məhkəməyə təqdim olunan cavabda qeyd edilib ki, AMEA - nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar və Nəsimi adına Dilçilik İnstitutlarının , eləcə də digər təşkilatlarının mütəxəssisləri gəlmədiyindən, ekspertiza aparlmaması barədə qərar qəbul edilib.

Bu gün keçirilən prosesdə işin yenidən ekspertizaya göndərilməsi qərara alınıb və proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Zeynallı Hitlerin "Mənim savaşım" adlı kitabını Azərbaycan dilinə tərcümə edərək, 2004 - cü ilin noyabrında kitab şəklində nəşr etdirib.

Həmin il dekabrın 8-də o, DİN Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılıb. Dekabrın 9 -da Zeynallıya qarşı cinayət işi açılıb. Həmin cinayət işi 2005 -ci il fevralın 26 -da MTN tərəfindən xitam olunub. Bu il mayın 7-də Baş prokuror tərəfindən cinayət işi yenilənib.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) oktyabrın 5 - də "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakıdan çıxmasına qadağa qoyub. Zeynallı barəsində MTN -in İstintaq Baş İdarəsi başqa yerə getməmək barədə qətimkan tədbiri seçib və onun dilindən iltizam alınıb.

Mu?llifl? ?laq? saxlamaq ucun elektron unvan- [email protected]

Xəbər lenti

Xəbər lenti