Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı gimnast Aliyə Qarayeva İspaniyanın Benidorm şəhərində keçiriləcək dünya kubokunun finalında iştirak edəcək. Bu barədə Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.
Final oyunlarında dünyanın səkkiz ən güclü gimnastı mübarizə aparacaq. Dünya kubokunun final görüşləri iki gün ərzində - oktyabrın 4-də və 5-də keçiriləcək.
Azərbaycanın iki kişi gimnastı - Elçin Məmmədov və Emin Yarəhmədov isə Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
Azərbaycanlı juniorların çıxış edəcəyi çempionat oktyabrın 3-də başlayacaq və iki gün davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]