Azərbaycan, Bakı, 09 oktyabr/ Trend Life , müxbir Eldar Hüseynzadə/ Azərbaycan və SSRİ-nin xalq artisti Zeynəb Xanlarova hesab edir ki, Azərbaycanda "xalq və əməkdar artist" fəxri adlarının verilməsini ləğv etmək lazımdır.
"Mən dünyanın müxtəlif ölklərində konsertlər verirəm, lakin heç bir yerdə demirəm ki, mən SSRİ-nin xalq artistiyəm. Ümumiyyətlə, buna heç bir yerdə fikir vermirlər. Mənim titul və nişanlarım çoxdur, lakin mən onları heç kimin gözünə soxmuram. Mən vaxtında, məhz SSRİ xalq artisti adını almağıma görə Allaha minnətdaram və mən bunu yalnız öz zəhmətim hesbına qazanmışam", cümə axşamı Trend Life-a Xanlarova bildirib.
Onun sözlərinə görə, o, bu dərəcədə yüksək ad alacağını ağlına belə gətirmirmiş. "Bu gün isə müğənnilər hamıya əvvəlcədən xəbər verirlər ki, axşam televizora baxın. Axı orada onlara ad verildiyi elan olunacaq. Xalqın ürəyində qalmaq üçün xalq artisti deyil, xalqın artisti olmaq lazımdır", - Xanlarova əlavə edib.
Xanlarova hesab edir ki, fonoqrama oxuyan müğənniyə ad vermək olmaz. "Mən nə qədər oxusam, canlı oxuyacağam. Qoy mən digərlərindən beş il tez gedim, lakin Zeynəb kimi gedim", - Xanlarova bildirib.
SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın adı Azərbaycanın XX yüzilliyinin musiqi sənəti tarixinə qızıl hərflər ilə yazılıb. O, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" və "Əsli və Kərəm" operalarında Leyli və Əsli, Müslüm Maqamayevin "Şah İsmayıl" operasında Ərəb Zəngi və başqa rolları ifa edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]