...

Azərbaycanın "Bu şəhərdə" yumoristik cütlüyü mövcudluğunu dayandıracaq

Cəmiyyət Materials 24 Oktyabr 2008 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/Trend Life, müxbir Eldar Hüseynzadə/

Azərbaycanın məşhur "Bu şəhərdə" yumoristik cütlüyü son illərdə çıxış etdikləri və məşhur olduqları formatı bağlamağı düşünüb. "İndi biz "Bu şəhərdə" Estrada Teatrını yaratmaq istəyirik. Bakının teatrları və mədəniyyət evləri təmir və istifadəyə hazır olduqdan sonra realizə ediləcək", - "Bu şəhərdə"nin prodüsseri və yaradıcısı Müşfiq Abbasov TrendLife-a bildirib.

Onun sözlərinə görə, "Bu şəhərdə"nin tamaşalarını həftədə 2-3 dəfə göstərmək və repertuarı, deyək ki, 3 - 4 aylıq yazmaq və sonra onu dəyişmək olar. Layihə hazırlanma mərhələsindədir. Bu teatra digər aktoyorlar da qəbul ediləcək. "Azərbaycanda Rafael və Coşqundan daha istedadlı aktyor az deyil və biz onları öz konsertlərimizdə razılıqla səhnəyə buraxardıq", - Abbasov bildiirb.

Beləliklə, "Bu şəhərdə" ildə iki dəfə verdiyi konsertlərdən imtina edib və öz estrada teatrları ilə daha mötəbər kollektiv olub.  "Bu şəhərdə" Azərbaycan televiziyasında 2000 - ci ildə, Rusiyanın "Qorodok"unun analoqu üzrə eyniadlı veriliş kimi yaradılıb. Sonra onlar ayrı - ayrı konsertlər verməyə başlayıblar. Hazırda yumoristlər noyabrın 8 -12 - də Azərbaycanın Dövlət Opera və Balet teatrının səhnəsində göstəriləcək mötəbər konsertlərə hazırlaşırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] .

Xəbər lenti

Xəbər lenti