...

Azərbaycanın "Karvan" futbol klubu baş məşqçisinə görə cərimə olunub

Cəmiyyət Materials 28 Oktyabr 2008 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi Yevlaxın "Karvan" klubunun min manat cərimələnməsi ilə bağlı qərar çıxarıb. Bu barədə çərşənbə axşamı Trend -a AFFA-nın mətbuat xidməti məlumat verib.

"Karvan" klubunun cərimələnməsinin səbəbi baş məşqçi Yunis Hüseynovun Azərbaycan Premyer-Liqasının sonuncu turunda keçirilən NBC - "Karvan" oyunundan sonra mətbuat konfransında iştirak etməməsi olub.

Baş məşqçinin əvəzinə mətbuat konfransında "Karvan"ın köməkçi-məşqçisi Zakir Mahmudov iştirak edib.

Azərbaycan Premyer-Liqasının əsasnaməsinə görə, Premyer-Liqa oyunlarından sonra keçirilən mətbuat konfranslarında baş məşqçilər iştirak etməlidirlər. Bu qaydanı pozan baş məşqçinin klubu min manat cərimələnir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti