...

Beynəlxalq konfransda "Bakı gənclər təşəbbüsü" qəbul edilib

Cəmiyyət Materials 8 Noyabr 2008 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 noyabr/ Trend , müxbir C.Babayeva/ Bakıda keçirilmiş və dini ayrı-seçkiliyə həsr edilmiş beynəlxalq konfransın nəticələri üzrə "Bakı gənclər təşəbbüsü" yekun sənədi qəbul edilib.

"Sənəddə, əsasən, dini ayrı-seçkiliyin qarşısının alınması, istənilən formada dini fobiyaların qarşısının alınması üzrə gənclərin təşəbbüsü, ayrı - seçkiliklə mübarizə formaları öz əksini tapıb", - Avropa Şurası Gənclər və Idman Direktorluğunun rəhbəri Ralf-Rene Vayngertner şənbə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Bakıda beynəlxalq konfransın təşkilatçıları - Avropa Şurası, İSESKO, İKT, Azərbaycanın Gənclər və İdman Nazirliyi "Bakı gənclər təşəbbüsü"nün realizəsinə birgə dəstək göstərəcəklər.

"Sənəddə gələcək illərdə realizə ediləcək layihə və tədbirlər də əksini tapıb. 2009-cu ilin dekabrında Kazanda dini ayrı-seçkiliyə həsr ediləcək beynəlxalq konfransın keçirilməsi belə tədbirlərdən biri olacaq", - Vayngertner bildirib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, "Bakı gənclər təşəbbüsü" baza sənədidir. "Əminəm ki, tərəfdaşlarımızla əməkdaşlığımız gənclərinizi , eləcə də xalqların arasında dialoqun rifahına xidmət edəcək", - nazir bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti