...

Azərbaycanın "Araz" futzal klubu UEFA kubokunda keçirdiyi növbəti oyunda məğlub olub

Cəmiyyət Materials 10 Noyabr 2008 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Araz" futzal klubu UEFA kubokunun elit raundunda keçirdiyi ikinci oyunda məğlub olub.

UEFA kubokunun əsas mərhələsində ikinci oyununu Rusiyanın "Dinamo" komandasına qarşı keçirən "Araz" 2:4 hesabı ilə məğlub olub.

Azərbaycan klubu elit raunda ilk oyununu Xorvatiyanın "Nasional" klubuna qarşı keçirərək 4:3 hesabı ilə qələbə qazanmışdı.

"Araz"ın çıxış etdiyi qrupun oyunları Xorvatiyada keçirilir.

Azərbaycan futzalçıları qrupda sonuncu oyununu sabah Rumıniyanın "Odorheu" komandasına qarşı keçirəcəklər.

"Araz"ın baş məşqçisi Böyükağa Hacıyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti