...

Azərbaycan hökuməti ahısxa türklərinin doğma yurdlarına qayıtması proesində fəal iştirak edir - səfir

Cəmiyyət Materials 11 Noyabr 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir A.Hüseynbala/ Türkiyənin Azərbaycandakı səfiri ahısxa türklərinin öz yerlərinə qayıtması prosesinin aktivləşdiyini bildirib.

"Azərbaycan hökuməti, ayrı-ayrı nazirlər ahısxa türklərinin doğma yurdlarına qayıtması prosesində fəal iştirak edirlər. Türkiyə hökuməti adından Azərbaycan hakimiyyətinə təşəkkürümü bildirirəm", - çərşənbə axşamı keçirdiyi mətbuat konfransında səfir Hulusi Kılıc deyib.

Trend -ın arayışı: Ahısxa türkləri 1940-cı illərdə keçmiş SSRİ-nin rəhbəri İosif Stalin tərəfindən Sibirə və Orta Asiya ölkələrinə deportasiya olunublar.

Gürcüstan Avropa Şurasına daxil olarkən üzərinə ahısxa türklərinin doğma torpaqlarına qayıdışını təmin etməklə bağlı öhdəlik götürüb. Bu proses 2010-cu ilədək başa çatmalıdır.

Hazırda dünyanın müxtəlif ölkələrində 350 mindən artıq ahısxa türki yaşayır.

"Gürcüstan hökumətinin qərarına görə, doğma torpaqlarından deportasiya olunan ahısxa türkləri 2008-ci il dekabrın 31-nə qədər geri qayıtmalıdırlar", - səfir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda 70 min ahısxa türkü yaşayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti