...

Azərbaycanın "Neftçi" klubundan ayrılan gürcü futbolçu xarici klubdan təklif alıb

Cəmiyyət Materials 13 Noyabr 2008 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubunun əvəzedici komandasında çıxış edən gürcü futbolçu Georgi Adamiya yerli və xarici klublardan təklif alıb.

"Adını bildirmək istəmədiym bir xarici klubdan təklif almışam. Azərbaycanın bir neçə klubu da mənimlə maraqlanır",- cümə axşamı Trend - a Adamiya deyib.

Adamiya bir müddət əvvəl "Neftçi" klubunun əsas komandasından uzaqlaşdırılıb. O, hazırda "Neftçi"nin əvəzedici komandasında oynayır.

Gürcü futbolçu "Neftçi"nin son oyunları ilə bağlı danışmaq istəmədiyini bildirib.

"Artıq "Neftçi" klubunda çıxış etmirəm. Buna görə də bu komandanın oyunları ilə bağlı nəsə desəm, düzgün olmaz", - deyə futbolçu əlavə edib.

Adamiya hələ də "Neftçi"dən transfer vərəqini almadığını bildirib.

Gürcü futbolçu "Neftçi"nin heyətində Rusiyada keçirilən ənənəvi "Birlik Kuboku"nun qalibi və bombardiri olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti