...

Azərbaycan Premyer-Liqasında "Bakı"nın ən təhlükəli rəqibi "İnter"dir – klubun vitse-prezidenti

Cəmiyyət Materials 14 Noyabr 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov hesab edir ki, Premyer-Liqanın qalibi olmaq uğrunda mübarizədə "Bakı"nın ən təhlükəli rəqibi "İnter" komandasıdır.

"Hazırda çempionluq uğrunda mübarizədə əsas rəqiblərimiz "İnter" və "Xəzər-Lənkəran"dır. Amma məncə, "İnter" daha təhlükəlidir. Bu komandanın səfərdə "Xəzər-Lənkəran"ı 4:2 hesabı ilə məğlub etdiyi oyunu yəqin hamı izləyib", cümə günü Trend -a Məmmədov deyib.

"Bakı" hazırda Azərbaycan Premyer-Liqasının qalibi olmağa əsas namizədlərdən hesab olunur. Hesabında 23 xalı olan komanda turnir cədvəlinin lideri "İnter" klubundan sonra ikinci yerdədir.

Vitse-prezident bildirib ki, qış fasiləsi dövründə "Bakı"ya tanınmış futbolçuların dəvət olunacağı gözlənilmir.

"Brundi yığmasında çıxış edən 19 yaşlı futbolçunu baxışa dəvət etmişik. Ondan başqa, Seneqaldan olan bir hücumçu da "Bakı"ya gələcək. Hər iki futbolçu bir həftədən sonra komandamızın düşərgəsində olacaq", - deyə Məmmədov əlavə edib.

Klub rəsmisi deyib ki, "Bakı" uğurlu nəticə qazanacağı halda, Makedoniyadan olan baş məşqçi Qyoko Hacievski ilə yeni müqavilə bağlanılacaq.

"Hər şey komandamızın çıxışından asılıdır. Biz baş məşqçiylə müqaviləni uzatmaq istəyirdik. O özü istəmədi və bir az gözləməyi qərara aldıq. "Bakı" uğurlu çıxış edəcəyi halda, Hacievski ilə yeni müqavilə bağlayacağıq".

Hacievskinin "Bakı" klubu ilə müqaviləsi hazırda davam edən mövsümün sonunda - gələn ilin yayında başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti