...

Azərbaycanın daha bir qəsəbəsində idman zalı istifadəyə verilib

Cəmiyyət Materials 20 Noyabr 2008 18:39 (UTC +04:00)
Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir R.Ergün/ Bakının Sabunçu rayonu ərazisində yerləşən Nardaran qəsəbəsində yeni idman zalının açılışı olub.

"İdman zallarının tikintisi, istifadəyə verilməsi davam etdiriləcək. Yaxın zamanlarda Azərbaycanın digər şəhər və qəsəbələrində də yeni zalların istifadəyə verilməsi nəzərdə tutulub",- cümə axşamı Nardarandakı idman zalının açılışı zamanı jurnalistlərlə görüşündə gənclər və idman naziri Azad Rəhimov deyib.

Nardarandakı 130 saylı məktəbin ərazisində inşa olunan idman zalının tikintisinə 2006 -cı ildən başlanılıb.

Bir neçə gün əvvəl belə bir idman zalı Pirallahı qəsəbəsində də istifadəyə verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti