...

Azərbaycanın "Simurq" klubu Premyer -Liqanın ikinci dövrəsində daha yaxşı çıxış edəcək – komandanın futbolçusu

Cəmiyyət Materials 3 Dekabr 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Simurq" futbol klubunun futbolçuları komandanın Premyer - Liqanın ikinci dövrəsində daha uğurlu çıxış edəcəyinə inanırlar.

"Mövsümün birinci yarısını yaxşı keçirdik. Uğurlarımızın davam edəcəyinə inanırıq", - "Simurq"un futbolçusu Samir Abdulov klubun rəsmi saytına açıqlamasında deyib.

"Simurq" Azərbaycan Premyer - Liqasının birinci dövrəsini 28 xalla 3 - cü pillədə başa vurub.

Abdulov komandanın uğurunda klubun bütün üzvlərinin əməyinin olduğunu bildirib.

"Simurq" ən yaxşı mövsümünü keçirir. Burada hamımızın əməyi var - rəhbərliyin, məşqçilərin və futbolçuların".

Hücumçu mövqeyində çıxış edən futbolçu bu mövsüm meydana gec - gec çıxmasının səbəblərindən danışıb."Düzdür, mən birinci dövrədə meydana az-az çıxırdım. Oynamamağımın səbəbi odur ki, hələ öz üzərimdə çox çalışmalıyam. Meydana kimin çıxacağına baş məşqçi qərar verir. Ümid edirəm ki, ikinci dövrədə meydanda daha çox olub, komandama kömək edə biləcəyəm", - deyə Abdulov əlavə edib.

"Simurq"un baş məşqçisi ukraynalı Roman Pokoradır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti