...

Dünya Azərbaycanlılarının Koordinasiya Şurası iclasının yekun sənədinə Dağlıq Qarabağ münaqişəsiylə baglı bənd daxil ediləcək – Dövlət Komitəsi

Cəmiyyət Materials 18 Dekabr 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir C.Babayeva/ Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının Bakıda keçirilən iclasının yekununda bəyanat qəbul olunacaq. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin reallıqları öz əksini tapacaq.

"Dünya ictimaiyyətinin diqqətini bu münaqişəyə cəlb etmək məqsədilə iclasın yekun sənədinə Dağlıq Qarabağ haqqında bənd daxil ediləcək", - deyə cümə axşamı Diasporlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, iclasın Bakıda keçirilməsində məqsəd diaspor təşkilatlarını Azərbaycan xalqının xeyrinə birləşdirməkdir.

Bu gün Bakıda Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının "Azərbaycan - Şərqə qapı" mövzusunda iclası keçirilir. İclas hər il dekabrın 31-də qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib.

Koordinasiya Şurası 2001-ci il noyabrın 9-10-da keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında yaradılıb və tərkibinə 45-i xaricdə yaşayan 109 nəfər daxildir.

İclas zamanı Dünya Azərbaycanlılarının II Qrultayından ötən dövr ərzindəki fəaliyyətə yekun vurulacaq və gələcək məqsəd və vəzifələr dəqiqləşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti