...

Qafqaz Müsəlmanlar İdarəsi Məhərrəm ayı ilə bağlı fətva verib

Cəmiyyət Materials 23 Dekabr 2008 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr, / Trend , müxbir C.Babayeva/ Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) məhərrəmlik ayı ilə bağlı fətva verib. İdarənin rəhbəri Məhərrəm ayının yüksək səviyyədə keçirilməsi haqda tapşırıq verib.

Trend -un məlumata görə, çərşənbə axşamı QMİ-nin rəhbəri Hacı Allahşükür Paşazadə dindarlara və axundlara Aşura mərasimini yüksək səviyyədə keçirilməsini tapşırıb.

"İmkan daxilində hər yerdə mərəsimləri yüksək səviyyədə keçirməyə nail olmalıyıq. Həmin mərəsimlərdə xalqa doğru yol  göstərmək lazımdır," - Paşazadə deyib.

QMİ-nin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə  bağlı çərşənbə axşamı fətva verib. Fətvaya əsasən, Məhərrəm ayı dekabrın 29-da başlayır. Aşura günü yanvarin 7- dədir. Paşazadə Aşura günü qanvermə aksiyasının  keçiriləcəyini deyib.

Dini Qrumlarla İşlər üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov bildirib ki, Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək, yürüş etmək cəmiyyətdə yolverilməzdir. "Dindarların əksəriyyəti bele düşünür. Şübhəsiz ki, dövlətin siyasəti bu məsələdə cəmiyyətin mövqeyindən fərqlənmir. Əminəm ki, bu ilki Aşura mərasimləri arzu olunan səviyyədə keçiriləcək", -deyə Orucov əlavə edib.

Onun sözlərinə görə, Aşura mərasimlərində müxtəlif dairlərin maraqlarına yol vermək olmaz. "Məhərrəm ayının müqəddəsliyini qoruyub saxlamaq lazımdır,"- Orucov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti